
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət başçısı Co Baydenin
avtomatik qələmlə (autopen) imzaladığı bütün sənədləri ləğv
edib.
Trend xəbər verir ki, bu
barədə o, “Truth” sosial media platformasında yazıb. Prezident
bildirib ki, Baydenin imzaladığı sənədlərin təxminən 92 faizinə
avtomatik imza atılıb. Avtomatik qələmi idarə edənlər bunu qanunsuz
iş görüblər.
<!—->
<!––>
“Co Bayden avtomatik qələm prosesində iştirak etməyib və əgər
iştirak etdiyini desə, yalan ifadə vermək ittihamı ilə məsuliyyətə
cəlb olunacaq”, – deyə Tramp əlavə edib.
