
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda keçiriləcək 2026-cı il
futbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak
edəcək. Mərasim çərçivəsində D.Tramp səhnəyə çıxacaq və FIFA Sülh
Mükafatını alacaq.
Trend-in məlumatına görə, bu barədə “Politico” qəzeti proqram
cədvəlinə istinadən xəbər verib.
<!—->
<!––>
Məlumata əsasən, iki saatlıq tədbir D.Trampın ən sevdiyi opera
müğənnilərindən biri olan Andrea Boçellinin çıxışı ilə başlayacaq,
ardınca isə FİFA prezidenti Canni İnfantino tədbirdə D.Trampı Sülh
Mükafatı laureatı kimi təqdim edəcək.
Trampın mükafatı qəbul etməsi və səhnədən nitq ilə çıxış etməsi
gözlənilir.
