Tramp “Netflix”, “Victoria’s Secret” və digər şirkətlərin istiqrazlarına 82 milyon dollar investisiya qoyub

Baş səhifə
Tramp Netflix, Victoria's Secret və digər şirkətlərin istiqrazlarına 82 milyon dollar investisiya qoyub

ABŞ Prezidenti Donald Tramp avqust–oktyabr ayları ərzində dəyəri 82 milyon dollardan 337 milyon dollara qədər olan istiqrazlar alıb.

“Report”un məlumatına görə, bunu “Reuters” agentliyi ABŞ hökumət etikası idarəsinə təqdim edilən hesabat əsasında xəbər verib.

Hesabatda dəqiq məbləğ göstərilməyib, yalnız hər bir aktivin təxmini dəyəri qeyd olunub. Siyahıya bələdiyyə orqanlarının istiqrazları, həmçinin “Netflix”, “Victoria”s Secret”, neft istehsalçısı “Occidental Petroleum” və digər şirkətlərin səhmləri daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir