ABŞ Prezidenti Donald Tramp hesab edir ki, 2025-ci ilin sonuna qədər ölkəyə 20 trilyon dollardan çox investisiya cəlb edilə biləcək.
“Report”un məlumatına görə, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Ölkəmizə doqquz ay ərzində 17 trilyon dollardan çox sərmayə qoyulub. Hazırda bu göstərici, demək olar ki, 18 trilyona çatıb. İlin sonuna qədər ölkəmizə təxminən 20–21 trilyon dollar investisiya qoyulacaq”, – deyə Tramp qeyd edib.
“Bu istənilən ölkəyə qoyulmuş sərmayədən 10 dəfə çoxdur və əsasən, gömrük rüsumları ilə bağlıdır”, – ABŞ lideri əlavə edib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin
