Türkiyə, İtaliya və Avstriya yığmaları dünya çempionatından kənarda qaldı – VİDEO

İdman

Türkiyə, İtaliya və Avstriya yığmaları 2022-ci il dünya çempionatına vəsiqə qazana bilməyib.

Avropa zonası üzrə pley-off mərhələsinin yarımfinal oyunlarında Türkiyə Portuqaliyaya, İtaliya Şimali Makedoniyaya, Avstriya isə Uelsə uduzub.

Portu şəhərindəki “Draqau” stadionunda təşkil olunmuş qarşılaşmada ilk iki qolu birinci hissədə Portuqaliya millisinin futbolçuları Otavio və Dioqu Jota vurub.

65-ci dəqiqədə Türkiyə millisinin kapitanı Burak Yılmaz fərqi azaldıb. Lakin o, 85-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib. Təcrübəli hücumçu topu qapıdan kənara vurub.

Matçda son nöqtəni isə meydan sahiblərinin futbolçusu Mateus Nunes 90+4-cü dəqiqədə qoyub.

Portuqaliyanın finaldakı rəqibi İtaliyaya qalib gələrək, sensasiyaya imza atan Şimali Makedoniya olacaq. Bu görüşdə yeganə qolu 90+2-ci dəqiqədə Aleksandar Traykovski vurub.

Uels yığmasının lideri Qaret Beyl isə 25-ci və 51-ci dəqiqələrdə dubl edərək, komandasını finala daşıyıb. Onun komanda yoldaşı Ben Devis avtoqol müəllifi olsa da, qələbə yenə britaniyalıların olub.

Uels finalda iyuna təxirə salınmış Şotlandiya – Ukrayna görüşünün qalibi ilə üz-üzə gələcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir