Türkiyədə 27 mərtəbəli hoteldə yanğın olub, zərərçəkənlər var

Baş səhifə
Türkiyədə 27 mərtəbəli hoteldə yanğın olub, zərərçəkənlər var

Türkiyənin İstanbul şəhərində hotellərdən birində yanğın olub.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə Sultanqazidə 27 mərtəbəli hoteldə qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili yardım işçiləri göndərilib. Yerli və xarici turistlər binadan təxliyə edilib.

Hadisə zamanı dörd nəfər tüstüdən zəhərlənib, zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir