Türkiyədə futbol matçlarından əvvəl bir dəqiqəlik sükut olacaq

İdman

Türkiyə Futbol Federasiyası (TFF) Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirən ölkə vətəndaşların xatirəsinin 25 fevral – 6 mart 2023-cü il tarixləri arasında keçiriləcək bütün matçlar öncəsi bir dəqiqəlik sükutla yad ediləcəyini açıqlayıb.

“06.02.2023-cü il tarixində ölkəmizdə baş vermiş zəlzələ nəticəsində həyatını itirən vətəndaşlarımızın xatirəsi 25 fevral – 6 mart 2023-cü il tarixləri arasında keçiriləcək bütün yarışlardan əvvəl bir dəqiqəlik sükutla yad ediləcək. Bundan əlavə, əgər klublarımız istəsələr, qollarına qara sarğı taxa biləcəklər”, – deyə bəyanatda bildirilir.

Mənbə: Haber Global