Sabah, fevralın 15-də Türkiyənin səkkiz televiziya kanalı Ankara vaxtı ilə 20:00-da (Bakı vaxtı ilə 21:00-da) Kahramanmaraş zəlzələsindən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirəcək.
“Türkiyə tək ürək” adlı ortaq yayım ATV, FOX, Kanal D, Kanal 7, Show TV, Star TV, TRT 1 və TV8 telekanalları tərəfindən təşkil olunacaq.
Türkiyənin Nihat Hatipoğlu, Çağla Şıkel, Nazlı Çelik, Acun İlıcalı kimi tanımış simaları canlı yayımın efirində moderatorluq edəcəklər.
Efirə ölkənin incəsənət, biznes, idman aləminin məşhur simalarının qoşulması gözlənilir. Onlar zərərçəkənlərə dəstək olacaqlar.
Yığılan vəsait AFAD-ın və Türkiyə Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.
Mənbə: CNNTurk
