“Serbiya prezidentinin bu ölkəyə məxsus təyyarələrin minalanması haqqında məlumatların ötürülməsində Ukraynanın iştirakı olmasına dair ittihamları həqiqətə söykənmir”.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bildirib.
“Serbiya prezidentinin əsassız ittihamlarını qəti şəkildə rədd edirik”, – deyə O.Nikolenko qeyd edib.
Xatırladaq ki, Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsində Rusiyaya səfər edən təyyarələrin minalanması ilə bağlı ötürülən məlumatlarda iki ölkənin – bir Aİ üzvünün və Ukraynanın iştirakı olduğunu iddia etmişdi.
Mənbə: Pravda
www.102info.az
