Ukraynada həkimlərə gülləkeçirməz zirehli gödəkçələr paylanılacaq

Dünya

Ukraynada təcili tibbi yardım briqadalarının həkimləri güllə keçirməz zirehli gödəkçələrlə təmin ediləcək.

Bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Bu gün bizim həkimlərimiz Rusiya ordusunun qurbanı olmuş minlərlə dinc sakinin həyatı üçün öz cəbhələrində mübarizə aparırlar. Onlar əsl qəhrəmanlardır. Ona görə də biz çağırışa gedən hər bir həkimin təhlükəsizliyinə xüsusi önəm veririk”, – deyə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bildirib.

Mənbə: Unian.net

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir