Ukraynada kimyəvi gübrələr qrunt sularına düşdü: Vətəndaşlara müraciət olunub

Dünya

Ternopol vilayətində Ukrayna ordusu tərəfindən zərərsizləşdirilən raketin bir hissəsi mineral gübrə anbarı saxlanılan yerə düşüb.

Nəticədə ammonyak tərkibli gübrə olan konteyner zədələnib.

Bu barədə Ternopol Regional Hərbi İdarəsinin rəhbəri Volodimir Truş məlumat verib.

O qeyd edib ki, kimyəvi gübrələr qrunt sularına düşüb.

“Yerli sakinlərdən quyulardan içməli suyun istifadəsini müvəqqəti məhdudlaşdırmaq xahiş olunur. Ekoloqlar 3-4 günə vəziyyətin normallaşacağını bildirirlər”, – Volodimir Truş qeyd edib.

Mənbə: Segodnya

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir