Ukraynalı boksçu Vasili Lomaçenko ölkəsini müdafiə etmək üçün dünya çempionu Corc Kambososa ilə döyüşməkdən imtina edib.

Lomaçenko deyib ki, yaxın günlərdə Ukraynanı tərk etmək istəmir. Buna görə də Kambososa iyunun 5-də Avstraliyada Devin Heyni ilə döyüşəcək.
Kambososa Lomaçenkonun qərarına belə reaksiya verib:
“Vasili, qərarınıza hörmətlə yanaşıram. Mən bunu başa düşürəm, siz və ölkəniz üçün dua edəcəyəm. Xahiş edirəm, özünü qoru”.
Kambososa onunla əsl çempionların döyüşündə eyni rinqdə görüşəcəklərinə ümid etdiyini bildirib.
@VasylLomachenko I respect your decision and I totally understand and I pray for you and your country ???? please stay safe and once i wipe the floor with Devin, we will make this fight between two real champions. God bless
— George “Ferocious” Kambosos Jr (@georgekambosos) March 21, 2022
Mənbə: ESPN
www.102info.az
