Ukraynalılar müharibə nəticəsində dağılan evlərə görə təzminat alacaqlar

Dünya

Ukraynalılar müharibə nəticəsində dağılan evlərə görə təzminat alacaqlar.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, dövlət ukraynalılara daşınmaz əmlaka görə kompensasiya ödəyəcək.

Bunun üçün ukraynalılar “Dii” tətbiqində ərizə yazmalıdırlar.

“Bu gündən etibarən “Dii”nin yeni funksionallığı işə salınacaq. Dövlət döyüş fəaliyyətləri nəticəsində ev və ya mənzil itkisinə görə təzminat ödəyəcək. Artıq vətəndaşlarımızın hər biri “Dii”yə müraciət edə bilər”, – deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, bir həftədən sonra belə bir kompensasiya imkanı inzibati xidmətlərin göstərilməsi mərkəzlərində oflayn olaraq görüləcək.

Mənbə: Epravda.com

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir