Ukraynalılar sülh istəyirlər – Marko Rubio

Baş səhifə

Bakı. Trend:

Bizim son məqsədimiz Ukraynada müharibəyə son qoymaqdır.

Trend xəbər verir ki, bu
sözləri ABŞ Dövlət katibi Marko Rubio Floridada Ukrayna nümayəndə
heyəti ilə görüşdə deyib.


<!—->
<!––>

O bildirib ki, müharibənin bitməsi vacibdir, çünki hər kəs
qətllərin, ölümlərin və əzabların sonunu görmək istəyir.

“Əminəm ki, ukraynalılar da sülh istəyirlər. Bu, yalnız
müharibəyə son qoymaq deyil. Bu, həm də müstəqil və suveren olmağa,
bir daha müharibəyə başlamamağa və xalq üçün böyük rifah yaratmağa
imkan verən bir mexanizm və irəliləyiş yolu tapmaqdır. Yəni məqsəd
təkcə ölkəni bərpa etmək deyil, həm də iqtisadi tərəqqi dövrünə
qədəm qoymaqdır. Ukrayna böyük iqtisadi potensiala malik bir
ölkədir. Ukraynanın əsl rifah üçün böyük imkanları var”,- deyə
Rubio əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir