Ukraynanın ən zəngin adamı olan Rinat Axmetov Mariupolun bərpasına kömək edəcəyinə söz verib. O, şəhəri “qəhrəmanlıq nümunəsi” adlandırıb.
“Mariupol ümumdünya faciəsi və qəhrəmanlıq nümunəsidir”, – deyə milyarder bildirib.
Axmetov fevralın 23-də Ukraynaya qayıtdığını və o vaxtdan bəri ölkədə qaldığını bəyan edib. Lakin o, dəqiq harada olduğunu açıqlamayıb.
Qeyd edək ki, hazırda Mariupolda Axmetova məxsus “Metinvest” qrupunun iki müəssisəsi var: “İliç” metal zavodu və “Azovstal” zavodu.
Xatırladaq ki, Axmetov “Forbes” reytinqində ukraynalı milyarderlər arasında birinci yerdədir. Onun sərvətini 4,2 milyard dollar səviyyyəsində qiymətləndirilir.
Mənbə: forbes.ru
www.102info.az
