Ukraynanın Baş naziri ABŞ-ın müdafiə nazirindən ağır silahlar istəyib – VİDEO

Dünya

Ukraynanın Baş naziri Denis Şmıqal Birləşmiş Ştatlara səfəri çərçivəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə görüşüb.

ABŞ-ın müdafiə naziri qarşı tərəfi əmin edib ki, Ukrayna müharibədə tək qalmayacaq və ABŞ Ukrayna ordusunu gücləndirmək üçün hərbi yardımını davam etdirəcək.

Öz növbəsində Ukraynanın Baş naziri Denis Şmıqal qeyd edib ki, hazırda ölkəsinin ağır silahlara, xüsusən də uzaqmənzilli artilleriya qurğularına ehtiyacı var.

Mənbə: Lloyd Ostinin “Twitter” səhifəsi

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir