Gəncə Dövlət Universiteti Tələbə Təhsil Krediti Fondunun idarə heyətinin sədr müavini Tahir Xələfovu və mütəxəssis Günay Baxışovanı Tələbə Təhsil Krediti haqqında maarfləndirmə məqsədilə qonaq qəbul etmişdir.
Dəyirmi masada Universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Şahin Xurşudov, Tədris departamentinin direktoru Elturan Yusifov, Tədrisin təşkili və idarə olunması sektorunun müdiri, həmçinin Tələbə Təhsil Krediti üzrə universitetin məsul şəxsi Sevinc Quliyeva ilə yanaşı 8 fakültə və magistratura şöbəsinin Tələbə Təhsil Krediti üzrə məsul şəxsləri iştirak etmişdir.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Şahin Xurşudov çıxış edərək, universitet üzrə 2021/2022-ci tədris ili üçün I və II semestrləri üzrə e.ttkf.edu.az portalından qeydiyyatdan keçmiş tələbələr haqqında məlumat vermişdir.
Daha sonra çıxış üçün söz TTKF idarə heyətinin sədr müavini Tahir Xələfova verilmişdir. O, Təhsil Krediti ilə bağlı maarifləndirmə məqsədli çıxış edərək slayd nümayiş etdirmişdir. Nümayiş olunan slayd üzrə ətraflı məlumat verən Tahir Xələfov və Günay Baxışova yaranmış suallara cavab vermişlər.
Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyeva Tələbə Təhsil Krediti ilə bağlı tələbələr arasında həm online şəkildə həm də əyani olaraq maarifləndirmə işləri aparılması haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Sonra Təhsil Krediti ilə bağlı müzakirələr aparılmış, Tədris departamentinin direktoru Elturan Yusifovun, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Məhərrəm Babayevin, Xarici dillər fakültəsinin dekan müavini Arzu Babayevanın təklifləri dinlənilmişdir.
Sonda Tahir Xələfov universitetin Biologiya-kimya fakültəsinə reklam xarakterli plakat təqdim etdi.
Məlumat üçün bildirək ki, Tələbə Təhsil Kreditinə müraciət etmək üçün e.ttkf.edu.az portalından müraciət etmək olar. Əlavə məlumat üçün fakültələr üzrə təyin edilmiş məsul şəxslərə və Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyevaya müraciət etmək olar.






www.102info.az
