“Müğənni Manaf Ağayev işğaldan azad olunan ərazilərə icazəsiz keçdiyi üçün inzibati qaydada həbs olunmuşdu. O, cəzasını çəkib qurtarmasına baxmayaraq, ona məxsus “Mercedes” markalı avtomobil qanunsuz olaraq cərimə meydançasında saxlanılır”.
Bu barədə vəkil Adəm Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, maşını sahibinə qaytarmaqdan imtina edirlər:
“Manaf Ağayev də qorxusundan səsini çıxartmır”.
Qeyd edək ki, M.Ağayev və iş adamı Sənan Hüseynov işğaldan azad edilmiş Füzuli rayonuna icazəsiz səfər etdiyi üçün fevral ayının 18-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs edilmişdi.
www.102info.az
