Vətən müharibəsi zamanı ağır şəkildə yaralanmış qazimiz Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibb elmləri üzrə fəlsəfə doktoru Elviz Qasımovun rəhbərliyi ilə əməliyyat olunub.
Oxu.Az xəbər verir ki, Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə 120 mm-lik topdan açılan mərmi yaralanması ilə qarın boşluğu orqanları zədələnmiş, bağırsaqları deşilmiş, bud-çanaq oynağı ciddi yaralanmaya məruz qalan qazimiz Məmmədli Asəf Əbdülhüseyn oğlu bu ilin mart ayında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib.
Qazimizə həkimlər tərəfindən yeni bir oynaq əməliyyatının keçirilməsi zərurətinin olduğu bildirilib.
Xəstənin əməliyyatının respublikamızdan kənarda həyata keçirilməsi planlaşdırılsa da, bu ağır cərrahi əməliyyatı Elviz Qasımov öz üzərinə götürüb. Əməliyyat ümumi anesteziya altında həyata keçirilib. Ağır zədələnmiş bud-çanaq oynağı süni və xüsusi hazırlanmış qəfəslərlə yenidən formalaşdırılıb.
www.102info.az
