Vətən müharibəsindən sonra 500-ə yaxın hərbçi protezlə təmin edilib

Baş səhifə
Vətən müharibəsindən sonra 500-ə yaxın hərbçi protezlə təmin edilib

Vətən müharibəsindən sonra 496 hərbçi 619 yüksək texnologiyalı protezlə təmin edilib.

“Report” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, reabilitasiya xidmətləri göstərilən əlilliyi olan şəxslərin illik sayının 2018-ci ildən ötən dövrdə 10 dəfədən çox, əlilliyi olan şəxslərə təqdim edilən reabilitasiya vasitələrinin illik sayının 3 dəfəyə yaxın artıb.

Həmçinin, ötən dövrdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 16 minədək mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7800-ə yaxın avtomobil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir