Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanın regional və qlobal miqyasda nüfuzunu daha da möhkəmləndirdi – ŞƏRH

Siyasət


Dünən ABŞ Prezidenti Trampın iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin Ağ Evdə sülh muqaviləsinin müzakirəsi üçün baş tutan tarixi görüş iki ölkə arasında sülh istiqamətində atılan addımların ən əhəmiyyətlisi oldu. Ağ Evdə imzalanan Bəyannamə təkcə iki ölkə üçün deyil, bütövlükdə regionun gələcək sabitliyi baxımından mühüm strateji əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Günay Ağamalı isə Trend-ə açıqlamasında xatırladıb ki, son iki yüz ildə Cənubi Qafqaz ziddiyyətlərin və geosiyasi maraqların toqquşduğu məkan olaraq qeyri-stabil proseslərə ev sahibliyi edib. Müharibələr və onların yaratdığı dərin geopolitik böhran uzun müddət bölgənin inkişafına və tərəqqisinə əngəl törədib:Millət vəkili vurğulayıb ki, bu sənəd, Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, milli maraqlarımıza sarsılmaz bağlılığının və beynəlxalq hüquq normalarına əsaslanan sülh gündəliyini dünya ictimaiyyətinə qəbul etdirmək bacarığının növbəti parlaq təzahürüdür.

“Səfər çərçivəsində əldə olunan razılaşmalar, Azərbaycanın həm regional, həm də qlobal miqyasda nüfuzunu daha da möhkəmləndirdi.

ABŞ Prezidenti Donald Trampın prosesə verdiyi birbaşa dəstək, Güney Qafqazda dayanıqlı təhlükəsizlik və davamlı sülhün qurulmasına mühüm töhfə oldu. Bu səfər, eyni zamanda Azərbaycanın regional lider mövqeyini təsdiqləyərək yeni siyasi və iqtisadi imkanların qapısını açdı.

Hər bir azərbaycanlı üçün qürurverici məqam odur ki, Prezident İlham Əliyevin prinsipial mövqeyi və diplomatik məharəti nəticəsində ölkəmiz bu gün təkcə regionda deyil, beynəlxalq arenada da aparıcı söz sahibidir”, – deyə G. Ağamalı qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir