Vyetnamlı idmançı Bakıda xəstəxanalıq oldu – FOTO/VİDEO

İdman

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Vyetnam idmançısı Çay Zan Quy Nam xəstəxanalıq olub.

Oxu.Az-ın xəbərinə görə, asiyalı idmançı paralel qollarda çıxış edərkən ciddi xəsarət alıb və yarışı davam etdirə bilməyib.

Həkimlər ona yerində müdaxilə ediblər. İdmançı Milli Gimnastika Arenasını xərəkdə tərk edib və xəstəxanaya aparılıb.

Azərbaycan Gimnastika Federasiyasından öyrəndiyimiz məlumata görə, 19 yaşlı idmançının durumu yaxşıdır.

Qeyd edək ki, kişi və qadınlar arasında keçirilən idman gimnastikası üzrə Dünya Kuboku bu gün start götürüb və aprelin 3-də başa çatacaq.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir