Xəstəxanada müalicə alan koronavirus xəstələrinin sayı AÇIQLANDI

Cəmiyyət

“Bu gün əvvəlki dövrlə müqayisədə xəstəxanada müalicə alan koronavirus xəstələrinin sayında azalma müşahidə edilir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu da öz növbəsində reanimasiyada yatan xəstələrin sayının da azalmasına təsir edir:

“Hazırda aktiv koronaviruslu xəstələrdən 50 nəfərin müalicəsi xəstəxana şəraitində davam etdirilir. Onların vəziyyəti sabitləşməyə doğru gedir. Yaxın zamanda xəstəxanadan evə buraxılacaqlar”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir