Xəstəxanaya yerləşdirilən Peledən yeni xəbər var

Dünya

Ötən gün San-Pauludakı xəstəxanaya yerləşdirilən əfsanəvi braziliyalı hücumçu Pelenin səhhətinin hazırda necə olduğu açıqlanıb.

Xəstəxanadan verilən məlumatda bildirilir ki, hazırda Pelenin kliniki vəziyyəti stabildir və onun yaxın günlərdə xəstəxanadan buraxılması nəzərdə tutulur.

Qeyd edək ki, üçqat dünya çempionu ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib.

Mənbə: Ge.globo

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir