Xəzər dənizinin Qobustan sahilindən qum daşınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Bu barədə Oxu.Az-a xidmət rəsmisi Vaqif Cavadov bildirib.
O qeyd edib ki, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin dövlət qeydiyyatına alınmış qanuni qum yatağı olduğu və qum hasilatı məqsədilə “Şıxlar Tikinti Materialları” MMC-yə ayrıldığı müəyyən edilib.
13:12
Xəzər dənizinin sahilindən tonlarla qum daşınır.
Bu barədə Oxu.Az-ın redaksiyasına ərazidə yaşayan sakinlər müraciət ediblər.
Bildirilib ki, dənizin Qobustan sahillərindən hər gün tonlarla qum daşınır.
Nəticədə çimərlik bərbad hala düşür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a bildirib ki, məsələ barədə artıq araşdırma aparılır.
İlhamə Əbülfət
www.102info.az
