Xaçmazda 25 yaşlı gənc intihar edib

Cəmiyyət

Xaçmaz sakini intihar edib.

“Report” xəbər verir ki, hadisə Xaçmaz şəhərində qeydə alınıb.

Belə ki, Xaçmaz şəhəri R.İmamverdiyev küçəsində yaşayan 1997-ci il təvəllüdlü İmamverdiyev Orxan Nizami oğlu yaşadığı evində özünü asıb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

İntiharın səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir