Xaçmazın Şimal qəsəbəsində səyyar qəbul keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin, yerli
hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat
rəhbərlərinin iştirakı ilə Şimal qəsəbəsində səyyar qəbul
keçirilib.

Qəbulda Nabran İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil
olan Şimal və Turist qəsəbələri, eləcə də Nabran, Dalğalı, Günəşli,
Meşəli, Samurçay və Tel kəndlərinin sakinləri iştirak ediblər.

Görüşdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


<!—->
<!––>

Daha sonra müraciət və təkliflər dinlənilib. Sakinlər əvvəlki
səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində
görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin elektrik
təsərrüfatının yenilənməsi, kəndlərarası yolun təmiri, suvarma
kanallarının təmizlənməsi və əvvəlki illərdə paylanılan torpaq
sahələrinin sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı
müraciətlər səsləndiriblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd
sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək onları
narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir