20 ilə yaxındır ki, möhtərəm cənab prezident İlham Əliyev Azərbaycan respublikasına rəhbərlik edir.Sonuncu dəfə 2018-ci ilin aprel ayının 11-də keçirilən növbədənkənar seçkilərdə əvvəlki kimi yenə xalqın mütləq əksəriyyətinin səs çoxluğu ilə İlham Əliyev yenidən Respublikanın Prezidenti seçildi.
Qeyd etmək yerinə düşər ki, əvvəlki seçkilərdə də İlham Əliyev andiçmə mərasimlərində içdiyi andlara, verdiyi vədlərə sadiq olaraq Azərbaycan xalqının firəvanlığı, Azərbaycan Respublikasının çiçəklənməsi naminə bütün var-gücü ilə çalışdı.Gözlərimizin qabağında bu illər ərzində ölkəmizin siması ölçüyəsığmaz dərəcədə dəyişib.Ən ucqar kəndlərdə də ən böyük infrastruktur layihələr həyata keçirilib.Qaz,işıq,su,yol kimi sosial problemlər ürəkaçan formada öz həllini tapıb.Yeni-yeni iş yerləri açılıb.Ölkədə neft sektorundan asılılığı azaltmaq üçün çoxsaylı iri həcmli layihələr həyata keçirilib. Ölkədə əmək haqları, sosial müavinətlər, təqaüdlər dəfələrlə artırılıb.Təhsil, Səhiyyə, İdman, mədəniyyət, incəsənət sahələri yüksək qayğılar sayəsində sürətli inkişaf yollarındadır.
Ən əsası isə xalqımızın illərdi ki, ağır yarasına çevrilən Qarabağ münaqişəsi məhz elə Ali baş komandanımızın qətiyyəti sayəsində çox böyük uğurla həll olundu.Müzəffər Azərbaycan ordusu dünyanın hərb tarixinə bir heyrət səhifəsi yazdı.30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız 44 günə azad olundu.Ən qürurverici hal odur ki, mənfur düşmənin xarabazara çevirdiyi bu torpaqlarda böyük abadlıq-quruculuq işlərinə başlanılıb.
İlham Əliyevin müdrik siyasəti xarici ölkə liderləri,diplomatları tərəfindən də çox yüksək qiymətləndirilir.Bir çox dünya liderləri Azərbaycana səfərlər edir,Azərbaycan prezidenti də öz növbəsində bir çox xarici ölkələrə rəsmi səfərlərə gedir,çox mühüm beynəlxalq tədbirlərdə iştirak edir.Ən ali tribunalardan hər xalqın öz dilində Azərbaycanın mövqeyini əks etdirən çıxışlar edir,nitqlər söyləyir.
Azərbaycan respublikası bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir, bir çox beynəlxalq məsələlərdə söz sahibidir.Ölkəmiz dünya dövlətləri arasında iqtisadi inkişafına görə çox böyük nüfuza malikdir.Qarşıya qoyduğu vəzifələrin öhdəsindən çox layiqincə gəlir.
Bir sözlə Prezident İlham Əliyev 2018-ci ildə yenidən prezident seçiləndə də içdiyi anda sadiq qalaraq ölkəmizin işıqlı gələcəyi üçün çox səylə çalışdı.Qarşıya qoyulan hədəflərə çox rəşadətlə çatırıq.
Əhsən İlham Əliyevin müdrik siyasətinə,əhsən İlham Əliyevin kamalına,zəkasına,qətiyyətinə!
Zahid Muxtarov
“Kəlbəcər harayı” qəzetinin
Baş redaktoru.YAP-ın üzvü
www.102info.az
