Xankəndidə keçirilən XI Vüqar Həşimov Memorialının qalibləri müəyyənləşib

Baş səhifə
Xankəndidə keçirilən XI Vüqar Həşimov Memorialının qalibləri müəyyənləşib

Xankəndidə keçirilən XI Vüqar Həşimov Memorialının qalibləri müəyyənləşib.

“Report” xəbər verir ki, yekun nəticələrə əsasən Yan Nepomnyaşi (FIDE) və Vladimir Fedoseyev (Sloveniya) 13 xalla birinci yeri bölüşüblər.

Son yarış gününün ardından bağlanış mərasimi keçirilib.

Qeyd edək ki, Memorialda ümumilikdə 6 şahmatçı rapid və blits üzrə mübarizə aparıb.

Zəka sahiblərindən Yan Nepomnyaşi (FİDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir