Estoniya gələn il beş ölkədə səfirlik açmağı planlaşdırır.
“Report” ERR portalına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Marqus Tsaxkna məlumat verib.
“Estoniyanın qlobal əhatə dairəsi gücləndirilməlidir. 2026-cı il xarici siyasət tariximizdə mühüm ildir – biz beş səfirlik açmağı planlaşdırırıq. Yeni səfirliklərin açılması Latın Amerikasında, Saxaradan cənubda Afrika ölkələrində, həmçinin bizim üçün vacib olan Avropa İttifaqının namizəd və tərəfdaş ölkələrində mövqeyimizi və təsir dairəmizi genişləndirəcək”, – o bildirib.
Yeni səfirliklər Azərbaycan, Ermənistan, Moldova, Braziliya və Keniyada açılacaq.
“Fiziki mövcudluq hökumətlər, müəssisələr və vətəndaş cəmiyyəti ilə daha səmərəli ünsiyyət qurmağa imkan verir”, – nazir əlavə edib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin
