XİN rəsmisi Xankəndi yolundakı vəziyyət barədə: “Blokada ilə bağlı iddialar yalandır” – VİDEO

Siyasət

“Nəqliyyat vasitələri və erməni təcili yardım maşınları Laçın yolundan sərbəst keçir”. 

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə özünün “Twitter” səhifəsində Şuşa-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanması və humanitar blokadanın yaranması iddialarına cavab verərkən deyib. 

“Belə hallar gün ərazində bir neçə dəfə təkrarlanır. Blokada ilə bağlı iddialar yalandır”, – deyə o əlavə edib. 

Qeyd edək ki, dekabrın 12-dən etibarən Şuşa-Xankəndi yolunda aksiya keçirilir. 

Bu gün Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) 1 nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib.
Müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub.

Nəticədə BQXK-nın maşınları və ermənilərə məxsus təcili yardım avtomobili Xankəndidən Laçın istiqamətində maneəsiz şəkildə hərəkət ediblər.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

 

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir