XİN sözçüsü Ceyhun Bayramovun Özbəkistanda bəyanatlarında diqqət çəkdiyi məqamlara toxunub

Baş səhifə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlətləri Xarici İşlər Nazirlərinin görüşündə bir sıra diqqət məqamlara toxunub.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə “X”də yazıb.

O, nazirin bəyanatından həmin məqamları diqqətə çatdırıb.

Azərbaycan qardaş Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir;

Ölkələrimizi tarixi və mədəni bağlar, ortaq inkişaf hədəfləri, həmçinin bölgəmizdə sülh, sabitlik və rifah üçün ümumi baxış birləşdirir;

Müntəzəm yüksək səviyyəli təmaslar etimadı gücləndirir və müttəfiq, strateji tərəfdaşlığımızı daha da yüksəldir;

Fəal siyasi və iqtisadi dialoq, hökumətlərarası komissiyalar və yüksək səviyyəli şuralar prioritetlərin müəyyənləşdirilməsində və konkret nəticələrin əldə olunmasında mühüm rol oynayır;

Orta Dəhliz və Azərbaycanın limanlara, dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğu böyük sərmayələr əlaqəlilikdə əhəmiyyətli rol oynayır;

Vaşinqtonda əldə olunmuş, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişlənməsinə töhfə verəcək;

Enerji sektorunda, o cümlədən karbohidrogenlər və yaşıl enerji sahəsində hərtərəfli əməkdaşlıq;

Qarşılıqlı sərmayələrin genişləndirilməsi, birgə müəssisələrin yaradılması və biznesdən-biznesə daha güclü əlaqələrin qurulması, o cümlədən regional və şəhər səviyyəsində tərəfdaşlıqların dəyəri;

Azərbaycan xalqlarımız arasında dostluğu möhkəmləndirmək üçün mədəni və təhsil mübadilələrinin, akademik proqramların və gənclər əməkdaşlığının dərinləşdirilməsinə sadiqdir;

İnstitusional əməkdaşlıq formatlarının daha da gücləndirilməsinin və beynəlxalq təşkilatlarda mövqelərin əlaqələndirilməsinin əhəmiyyəti;

Azərbaycan bütün bölgəmiz üçün sülhün, tərəfdaşlığın və davamlı, firavan gələcəyin irəlilədilməsi məqsədilə Mərkəzi Asiya tərəfdaşları ilə əməkdaşlığa sadiq qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir