Xırdalanda yaşayış binasında yanğın olub: Sakinlər təxliyə ediliblər

Cəmiyyət

Xırdalanda yaşayış binasında yanğın olub.

Oxu.Az-ın məlumatına görə, hadisə Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar və alovun digər mənzillərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

Sakinlər binadan təhlükəsiz əraziyə təxliyə ediliblər.

Qeyd edək ki, hadisəyə elektrik qutusundakı qısaqapanma səbəb olub.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir