
Xocalı. Trend:
Noyabrın 14-də növbəti köç karvanı Xocalı rayonunun Şuşakənd və
Xanyurdu kəndlərinə çatıb.Doğma yurda qayıdan ailələr bərpa edilmiş
evlərinin açarlarını təhvil alaraq məskunlaşıblar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
əsasən, bu mərhələdə Şuşakəndə 55 nəfərdən ibarət 19 ailə, Xanyurdu
kəndinə isə 12 ailə yəni 34 nəfər köçürülüb. Köçürülən ailələr uzun
illər respublikanın müxtəlif bölgələrində əsasən yataqxanalarda,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
vətəndaşlardan ibarətdir.
Şuşakənd və Xanyurduya qayıdan sakinlərə mənzillərin açarlarının
təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı
rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin icraçı direktor
müavini Mahmud Əfəndiyev digər rəsmi şəxslər və kənd sakinləri
iştirak ediblər. M. Əfəndiyev çıxışında sakinləri Böyük Qayıdış
proqramı çərçivəsində doğma torpaqlarına qayıtmaları münasibətilə
təbrik edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan
azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma
işlərinin sürətlə aparıldığını, kəndlərdə bütün zəruri sosial
infrastrukturun yol, su, işıq, qaz və digər kommunal xidmətlərin
tam şəkildə təmin olunduğunu bildirib. Sakinlər isə doğma
ocaqlarına qayıtmağın sevincini bölüşüblər.
Beləliklə bu gün də daxil olmaqla Xanyurdu kəndinə 340 nəfərdən
ibarət 99 ailə, Şuşakəndə isə 230 nəfərdən ibarət 61 ailə
qayıdıb.
13:27
xxx
Növbəti köç karvanları Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə
çatıb.
Trend-in yerli
müxbiri xəbər verir ki, köç edənlər respublikanın müxtəlif
yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdir.
<!—->
<!––>
Qeyd edək ki, bu mərhələdə Şuşakənd kəndinə 19 ailə – 55 nəfər,
Xanyurdu kəndinə isə 12 ailə – 34 nəfər köçürülüb.
13:00
xxx
Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu gün Xocalının
Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola
salınıb.
Trend-in
Qarabağ bürosu xəbər ki, Xocalı rayonunun Şuşakənd və Xanyurdu
kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.
Şuşakənd kəndinə 19 ailə – 55 nəfər, Xanyurdu kəndinə isə 12
ailə – 34 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli
dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya
təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən
rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən
şəhidlərimizə rəhmət diləyiblər.
