
Bakı. Trend:
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 10,9 milyard
dollar dəyərində 20,8 milyon tona yaxın xam neft və neft məhsulları
ixrac edib.
Trend-in Dövlət
Gömrük Komitəsinə istinadən məlumatına görə, 2024-cü ilin eyni
dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 1,9 milyard
dollar (15%) azalıb, həcm baxımından isə 182,6 min ton (0,9%)
artıb.
Yanvar-oktyabr aylarında Azərbaycan neftinin əsas idxalçılarının
ilk üçlüyündə İtaliya (6,2 milyard dollar dəyərində 12,1 milyon
ton), Çexiya (701,4 milyon dollar dəyərində 1,3 milyon ton) və
Xorvatiya (634,6 milyon dollardan artıq dəyərdə 1,2 min ton) yer
alır.
<!—->
<!––>
Aşağıdakı cədvəldə 2025-ci ilin yanvar-oktyabr aylarında
Azərbaycandan xam neft və neft məhsullarının əsas 10 idxalçısı
göstərilib:
|
Ölkə |
İdxal həcmi |
İdxal dəyəri (ABŞ dolları) |
|
İtaliya |
12 077 423,62 |
6 231 517 130 |
|
Çexiya |
1 307 899,13 |
701 374 000 |
|
Xorvatiya |
1 187 550,72 |
634 647 770 |
|
Almaniya |
956 716,48 |
502 018 650 |
|
Rumıniya |
869 568,72 |
475 935 690 |
|
Portuqaiya |
803 374,35 |
430 730 820 |
|
Böyük Britaniya |
514 926,69 |
273 052 390 |
|
Yunanıstan |
500 730,69 |
268 492 930 |
|
İrlandiya |
410 729,87 |
214 827 490 |
|
Niderland |
360 687,86 |
182 857 880 |
Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya
bazarlarına üç boru kəməri ilə nəql olunur: Bakı–Novorossiysk,
Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC). Hazırda Bakı–Supsa boru
kəməri ilə nəql dayandırılıb.
