Yaponiyada güclü zəlzələ ehtimalı barədə xəbərdarlıq edilib

Baş səhifə
Yaponiyada güclü zəlzələ ehtimalı barədə xəbərdarlıq edilib

Yaponiyada noyabrın 9-da 6,9 bal gücündə yeraltı təkan qeydə alınan bölgədə yaxın bir həftə ərzində yeni güclü zəlzələnin baş verməsi mümkündür.

“Report”un məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi açıqlama yayıb.

Yaponiyalı seysmoloqların proqnozuna əsasən, yaxın günlərdə oxşar gücdə yeni bir zəlzələ baş verə bilər. Bu səbəbdən yerli sakinlərə ehtiyatlı və diqqətli olmaları tövsiyə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir