Yasamalda 3 nəfərin öldüyü binada yanğınla bağlı klinika direktoru saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən
çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümünə, 20 nəfərin
tüstüdən zəhərlənməsinə səbəb olan yanğınla bağlı “Loft Dent”
klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu şübhəli şəxs
qismində cinayət məsuliyyətinə cəlb olunub.

Trend xəbər verir ki, “Loft
Dent” klinikası həmin binanın zirzəmi hissəsində fəaliyyət
göstərir.


<!—->
<!––>

Bəhruz Paşayev binanın zirzəmi və birinci mərtəbəsində yerləşən
qeyri-yaşayış sahəsini müqavilə üzrə icarəyə götürüb.

Faktı Baş Prokurorluq Trend-ə təsdiq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir