Yasamalda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb (FOTO) (YENİLƏNİB-2)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri,
Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış
binasının elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb.

Nazirlikdən Trend-ə verilən məlumat görə, mənzillər yanğından
mühafizə olunub.

xxx

20:52

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən
zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Yasamal
rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş
vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam
edir.

Əlavə məlumat veriləcək.

20:52

xxx


<!—->
<!––>

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli
binaların birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları
hadisə yerinə cəlb edilib.

Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən hadisə yeri
mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər
görülür.

20:32

xxx

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli
yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil
olub.

Bu barədə Trend-ə FHN-dən bildirilib.

Qeyd olunub ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və
Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam
edir.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir