“Təbii ki, oyun Qara Qarayevin qırmızı vərəqəsindən sonra dəyişdi”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib.
İtaliyalı mütəxəssis millimizin Latviyaya 0:1 uduzduğu qarşılaşma barədə fikirlərini açıqlayıb: “Oyuna yaxşı başladıq. Amma bəxtimiz gətirmədi. Bunu futbolçulara da dedim. Məğlubiyyətdən heç kim razı qala bilməz. Latviya Küveytlə fərqli oyun oynamışdı. Rəqibin qol vurduğu künc zərbəsindən əvvəl qayda pozuntusu olmuşdu. Hakim bizim lehimizə cərimə vermədi.
Bu gün oynayanların çoxu növbəti oyunlarda əsas heyətdə yer alacaq. Təşkilatçılıq baxımından yaxşı görünürdük. İyunda Millətlər Liqasında dörd oyunumuz var. Daha çox futbolçuya ehtiyacımız olacaq. Riçard Almeyda, Renat Dadaşov və Dmitri Nəzərovu qeyd edərdim. Qapıçı da yaxşı oynadı. Amma nəticə hər şeyi deyir”.
Canni De Byazi “Qarabağ”ın hücumameyilli yarımmüdafiəçisi Rüstəm Əhmədzadəni texniki səbəbdən iştirak ərizəsinə salmadığını vurğulayıb.
www.102info.az
