
Bakı.Trend:
Altı rəqəmli dövlət qeydiyyat nişanları ilə bağlı sosial
şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Trend-ə Bakı Şəhər baş Dövlət Yol Polisi İdarəsindən
məlumat verilib.
<!—->
<!––>
Bildirilib ki, hazırda avtonəqliyyat vasitələrinə təhkim olunan
dövlət qeydiyyat nişanlarının tərtibatında hər hansı dəyişiklik
nəzərdə tutulmur.
Gələcəkdə bu istiqamətdə hər hansı yenilik olacağı təqdirdə,
bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq.
