
Bakı. Trend:
Gün ərzində fasiləsiz yük və sərnişin daşıyan nəqliyyat
vasitələrinin sürücülərinin yollarda hərəkəti təhlükəlidir. Uzun
müddət sükan arxasında olmaq yorğunluq yaradır, diqqəti zəiflədir
və reaksiya vaxtını azaldır. Bu isə qəza ehtimalını kəskin şəkildə
artırır.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, belə halda nəqliyyat vasitəsinin idarə edilməsi
həm sürücünün, həm daşıdığı sərnişinlərin, həm də digər yol
hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün birbaşa
təhlükəyə çevrilir.
<!—->
<!––>
Baş DYP İdarəsi sürücülərin diqqətinə çatdırır ki, yorğun və
yuxusuz halda sükan arxasına əyləşmək, sürət həddini aşmaq, zolaq
dəyişərkən ehtiyatsız davranmaq və sükan arxasında diqqəti
yayındıran hərəkətlərə yol vermək ağır nəticələrə gətirib
çıxarır.
Unutmaq olmaz ki, sükan arxasında verilən hər səhv qərarın
arxasında insan həyatı dayanır. Hər bir sürücü istirahətini
vaxtında etməli, diqqətini yalnız yola yönəltməli və nəqliyyat
axınında təhlükə yarada biləcək davranışlardan çəkinməlidir.
BDYPİ bütün sürücüləri yollarda məsuliyyətli olmağa və qaydalara
əməl etməyə çağırır.
