Zaqatalada qaydaları pozan 25 sürücü cərimələnib – FOTO

Cəmiyyət

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi,sürücülər tərəfindən qaydalara riayət olunmasına nəzarətin gücləndirilməsi məqsədi ilə şəhər ərazisində növbəti profilaktik tədbir keçiriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbir zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, təhlükəli manevrlər etməklə özü ilə yanaşı digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər yol polisi əməkdaşları tərəfindən müəyyən olunub. Onlarla izahedici söhbətlər aparılıb və ümumilikdə 25 sürücü barəsində inzibati protokol tərtib edilib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir