Zaur Qurbanov: “Milli neft şirkətlərinin özlərinin çətinlikləri var”

İqtisadiyyat

“Biz innovasiyadan danışarkən ilk olaraq innovasiyanın nə olduğunu anlamalıyıq.  Eyni zamanda bu innovasiyanın SOCAR-a hansı mənfi təsirinin olacağını bilməliyik”.

Oxu.Az xəbər verir ki, bu fikirləri bu gün keçirilən İllik İnnovasiya Sammitində çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Zaur Qurbanov deyib.

Z.Qurbanov bildirib ki, potensialın yüksəldilməsi SOCAR üçün mühüm əhəmiyyət kəsb edir:

“Milli neft şirkətlərinin özlərinin çətinlikləri var. Məsələn, onların üzərinə sosial yük düşür. Qeyd edim ki, biz bu sahədə də çalışırıq və gələcək üçün böyük potensial olduğuna inanırıq”.

Könül Cəfərli