Cənab Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunda iştirakı ölkəmizin beynəlxaq aləmdə nüfuzunun artması ilə yanaşı, yeni əməkdaşlıq imkanlarının yaranmasına, iqtisadiyyatımızın inkişafına, yeni investisiyaların cəlb edilməsinə xidmət edir.
Son vaxtlar dünyada baş verən geosiyasi gərginliklər, Yaxın Şərqdə və digər regionlarda müşahidə olunan qeyri-sabitlik fonunda qlobal neft bazarı ilə bağlı proqnozlar daha çox pessimist xarakter almağa başlamışdı. Münaqişələrin genişlənəcəyi, enerji təchizatında risklərin artacağı və bunun qiymətlərə ciddi təsir göstərəcəyi ilə bağlı narahatlıqlar beynəlxalq gündəmdə əsas mövzulardan biri idi. Məhz belə bir həssas dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər həm regional təhlükəsizlik, həm də enerji bazarlarının sabitliyi baxımından mühüm mesajlar ehtiva edir. Bu müsahibə Prezident İlham Əliyevin beynəlxalq iqtisadi platformada sadəcə mövqe bildirməsi deyil, Azərbaycanın regional və qlobal siyasətdə tutduğu yerin yeni mərhələdə necə qəbul olunmalı olduğunu göstərən konseptual çıxış kimi qiymətləndirilməlidir. Bu müsahibə informativ xarakter daşımır, əksinə, düşünülmüş siyasi çərçivə və məna yüklü sətraltı mesajlar sistemidir. Dövlət başçısı çıxışında Azərbaycanın sabitlik və sülhə verdiyi önəmi vurğulamaqla yanaşı, mövcud qlobal proseslərin neft bazarına gözlənildiyi qədər neqativ təsir göstərmədiyini xüsusi qeyd edib.
Cənab Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə bir daha göstərdi ki, Azərbaycan dünyada nə baş verməsindən asılı olmayaraq öz milli maraqlarını beynəlxalq hüququn aliliyi ilə uzlaşdıran nadir dövlətlərdən biridir. Əlbəttə ki, bütün bu uğurların arxasında Prezident İlham Əliyevin səbir və dəqiqliklə yürütdüyü, hər bir addımı zərgər dəqiqliyi ilə hesablanmış müdrik xarici siyasət kursu dayanır. Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam hüquqi çərçivədə bərpa edərək dünyaya həm hərbi, həm də diplomatik ədalət dərsi keçib.
Yanvarın 20-də baş tutan müsahibədə bir çox məsələlərə münasibət bildirən Preziden İlham Əliyev müxbirin Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyıcısı “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ilə bağlı sualına toxunanaraq belə nüfuzlu mükafatı almağın onun üçün şərəf olduğunu və bu mükafatın otuz ildən artıq bir müddət ərzində qanlı münaqişə və müharibədən sonra Qafqazda sülhün qurulması səylərinə verilən qiymət olduğunu bildirib. Ən önəmlisi isə sülh quruculuğuna verdiyi misilsiz töhfələrə görə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi cənab prezident İlham Əliyevin mahir bir strateq ve humanist lider olduğunun növbəti sübutudur. Cənab prezident İlham Əliyevin bu mükafata layiq olmasını həm də Azərbaycanın otuz illik işğala son qoyaraq regiona gətirdiyi sabitliyin beynəlxalq etirafı kimi də dəyərləndirmək olar.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə təqdim edilməsi əslində onun liderlik xüsusiyyətinə olan diqqətin göstəricisidir. Müzəffər Ali Baş Komandan Azərbaycan xalqına zəfəri yaşatmaqla yanaşı, dünya müharibə tarixində də və ondan sonrakı dövrdə sülh təşəbbüskarı kimi öz adını tarixə yazdırdı. Məhz ölkə başçısına verilən bu yüksək mükafat Azərbaycana dünyada olan böyük diqqətin bariz nümunəsidir. Prezident İlham Əliyevin atdığı addımlar dünya birliyi tərəfindən də böyük maraqla qarşılanır. Bir sözlə cənab prezident İlham Əliyevin növbəti dəfə nüfuzlu bir mükafata layiq görülməsi Azərbaycanın ötən dövr ərzində həyata keçirdiyi uğurlu siyasətin məntiqi sonluğu kimi də xarakterizə olunur.
Xalidə Hüseynova,
Salyan rayon Yenikənd kənd Uşaq musiqi məktəbinin direktoru, YAP fəalı
