Zelenski: “2014-cü ildə Rusiya cəzalandırılsaydı…”

Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Avstraliya parlamentariləri qarşısında çıxış edib. Videoformatda olan görüş zamanı dövlət başçısı bir neçə məsələyə toxunub.

İlk olaraq o bildirib ki, Rusiya 2014-cü ildə Ukraynaya hücum etdiyi üçün cəzalandırılsaydı, 2022-ci ildə genişmiqyaslı işğal olmayacaqdı.

“Dünya səhvləri düzəltməli və beynəlxalq təhlükəsizlik qaydalarına dəyişiklik etməlidir”, – deyə o bildirib.

Bundan başqa, Zelenski Moskvanın sanksiyalardan yan keçməyə qoymamaqla bağlı çağırış edib və Avstraliyanı Rusiyadan gələn mallara əlavə rüsumlar tətbiq etməyə səsləyib.

“Ukrayna döyüş meydanında lazım olan hər şeyə sahib olmalıdır”, – deyən dövlət başçısı Avstraliyanı bu məsələdə kömək etməyə çağırıb.

Zelenski həmçinin Avstraliyadan müharibədən sonra Ukraynanın Xerson kimi şəhərlərinin bərpasına qoşulmasını istəyib.

Mənbə: Seqodnya

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir