Zelenski: “Müvəqqəti işğal olunmuş əraziləri geri qaytaracağıq”

Dünya

ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin sabah Ukraynaya səfər edəcək.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

44 yaşlı siyasətçi bildirib ki, görüşdə əsas müzakirə mövzusu Ukraynanın silah təchizatı olacaq.

“Kifayət qədər silahla təchiz olan kimi biz müvəqqəti işğal olunmuş əraziləri dərhal geri qaytaracağıq” – Ukrayna Prezidenti əminliklə vurğulayıb.

Mənbə: Segodnya

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir