Zeynəb Dostəliyeva dəfn edildi – YENİLƏNİB + FOTO/VİDEO

Baş səhifə

Müğənni Zeynəb Dostəliyeva Səngəçalda yerləşən qəbiristanlıqda dəfn edilib. 

Oxu.Az xəbər verir ki, Z. Dostəliyeva atasının və oğlunun məzarlarının yanında torpağa tapşırılıb.

12:04

Dünən vəfat edən müğənni Zeynəb Dostəliyeva ilə vida mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, vida mərasimi xalq artisti Nazpəri Dostəliyevanın evində keçirilir. Mərasimdə Z.Dostəliyevanın sənət dostları, qohumları və yaxınları iştirak edirlər.

Z.Dostəliyeva Səngəçal qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Z.Dostəliyeva bir neçə gün əvvəl qaraciyər və böyrək ağrıları ilə xəstəxanaya yerləşdirilib. 

Aysel Aslan

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir