Zirzəmilərdə qalan çarəsiz ukraynalılar – VİDEO

Dünya

Ukraynanın şərqindəki Severodonetsk şəhəri həftələrdir ki, Rusiya silahlı qüvvələrinin bombardmanına məruz qalır. Bu da insanların döyüşlərdən xilas olması üçün zirzəmilərə sığınmalarına səbəb olub. 

Ötən gün polislər zirzəmilərdə gizlənən insanları daha yaxşı sığınacağa yerləşdirmək, onlara kömək etmək ümidi ilə şəhərdəki məktəblərdə və digər binalarda axtarış aparıblar. Çıxılmaz şəraitdə, az yeməklə yaşamalarına baxmayaraq, ukraynalıların əksəriyyəti olduqları yeri tərk etməkdən imtina edirlər. Bəzi sakinlər tanımadıqları başqa bir şəhərdə kimsəsiz qalmaq istəmədiklərini söyləyiblər. 

Ukrayna Prezidenti Volodimir Zelenski xəbərdarlıq edib ki, Moskva indi gücləndirici qüvvələr toplayır. Kremlin məqsədi Ukraynanın əsasən rusdilli sənaye mərkəzi olan Donbası “azad etmək”, ölkənin şərqinə daha da yaxınlaşmağa çalışmaqdır. Ukrayna hakimiyyəti Donbasda yaşayan insanları Rusiyanın gözlənilən hücumundan əvvəl, vaxt varkən təxliyə etməyə çalışır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir