İstanbulda İŞİD terror təşkilatının qazısı saxlanılıb – FOTO/VİDEO

Dünya

İstanbulda keçirilən əməliyyat zamanı İŞİD terror təşkilatının nüfuzlu şəxsi saxlanılıb.

Bu barədə Türkiyənin Milli Kəşfiyyat Təşkilatı xəbər verib.

Bildirilir ki, şübhəli kod adı “Əbu Huzeyfə” olan M.M.B.-dir. O, 2014-18-ci illərdə Tel Abyad, Mənbiç və Rakkada qazı (hakim) vəzifəsini yerinə yetirib.

İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları kəşfiyyat məlumatlarına əsasən onun İstanbulda olduğunu öyrənib və əməliyyat həyata keçiriblər.

Şübhəli artıq həbs olunub.

Mənbə: HaberTürk