Slovakiya Ukrayna Prezidenti Volodimir Zelenskini “Aleksandr Dubçek” Dövlət Mükafatı ilə təltif edib.
Bu barədə Slovakiyanın Baş naziri Eduard Heger özünün “Twitter” hesabından yazıb.
“Slovakiya Volodimir Zelenskini Slovakiyanın azadlıq və ümid rəmzi olan Aleksandr Dubçek Dövlət Mükafatı ilə təltif edib”, – deyə o, yazıb.
Hegerin sözlərinə görə, Putin Sovet İttifaqının 1968-ci ildə Çexoslovakiyada etdiklərini Ukraynada təkrarlamaq qərarına gəlib.
“O, bəşəriyyətin demokratiya arzusunu boğmaq üçün hərbi gücdən istifadə edir – bu, qəbuledilməzdir!”, – Slovakiya hökumətinin başçısı bildirib.
#Slovakia awarded @ZelenskyyUa w/ a #StateAward of Alexander #Dubček – ??symbol of #freedom & #hope. Putin decided to repeat in?? what the Soviet Union had done in 1968 in Czechoslovakia. He’s been using military power to suppress human desire for #democracy-this is unacceptable! pic.twitter.com/7zyWVBA8wu
— Eduard Heger (@eduardheger) March 27, 2022
www.102info.az